Göyçayda 49 yaşlı kişi itkin düşüb - FOTO

Göyçayda 49 yaşlı kişi itkin düşüb - FOTO Elşad İsmayılov noyabrın 14-də evdən çıxıb və geri qayıtmayıb
Hadisə
26 Noyabr , 2017 00:15
Göyçayda 49 yaşlı kişi itkin düşüb - FOTO
"Report"

Göyçay. 26 noyabr. REPORT.AZ/ Göyçay rayon sakini 12 gündür itkn düşüb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun II Ərəb kənd sakini, 1968-ci il təvəllüdlü Elşad Əlisahib oğlu İsmayılov noyabrın 14-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, ayağında qara ayaqqabı olub. E.İsmayılovun boyu 180 sm-dir. 

Onu sonuncu dəfə noyabrın 21-də Bakı şəhəri, Suraxanı rayonunda görüblər. E.İsmayılovu görənlərdən xahiş olunur ki, aşağıdakı nömrəli telefonlarla əlaqə saxlasınlar: - 051-351-52-57, 050-300-23-27.

Son xəbərlər

Orphus sistemi