Göyçayda 16 yaşlı qız intihara cəhd edib

Göyçayda 16 yaşlı qız intihara cəhd edib O, bu məqsədlə sirkə turşusu içib
Hadisə
4 İyun , 2017 19:29
Göyçayda 16 yaşlı qız intihara cəhd edib

Göyçay. 4 iyun. REPORT.AZ/ Göyçay rayonunda yeniyetmə qız intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun İnçə kənd sakini, 2001-ci il təvəllüdlü Səma Zaur qızı Cabbarova bu məqsədlə sirkə turşusu içib.

Vəziyyətinin ağır olduğunu görən valideynləri S.Cabbarovanı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanadan "Report"a verilən məlumata görə, Pediatriya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti qənaətbəxşdir və artıq həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi