Göyçay sakininin evində tiryəkxana aşkarlanıb
Hadisə
- 25 iyul, 2021
- 12:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhər sakini, əvvəllər də məhkum olunmuş Elşən Şəfiyevin evində tiyəkxana təşkil etməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb.
Yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, psixoprop maddə metamfetamin (“patı”) və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
04:02
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
Maliyyə
03:59
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
Region
03:43
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
İKT
03:10
Fransada etiraz aksiyalarında 200-dən çox adam saxlanılıb
Digər ölkələr
03:01
Ankarada iki ailə arasında silahlı davada 11 nəfər yaralanıb
Region
02:36
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
Digər ölkələr
02:19
Foto
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
Region
01:41
UEFA Millətlər Liqası: Portuqaliya öz meydanında Danimarkaya böyük hesabla uduzub
Futbol
01:26
Fransada 22 milyon insanın şəxsi məlumatları kiberhücum nəticəsində oğurlanmış ola bilər
Digər ölkələr