Göyçay sakinindən narkotik vasitə aşkarlanıb

Göyçay sakinindən narkotik vasitə aşkarlanıb Göyçay rayon sakinindən narkatik vasitə aşkarlanıb.
Hadisə
7 İyun , 2019 10:23
Göyçay sakinindən narkotik vasitə aşkarlanıb
Report

Göyçay rayon sakinindən narkatik vasitə aşkarlanıb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, daxil olmuş məlumat əsaında Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çayarxı kənd sakini 30 yaşlı Rafiq Yusifov saxlanılıb. Onun su kanalına yaxın ərazidə əkdiyi 8 ədəd çətənə bitkisi və həmin narkotik tərkibli bitkilərin arasında gizlətdiyi 1 ədəd sellofan torbada ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi