Goranboy. 21 mart. REPORT.AZ/ “Goranboy” Elektrik Şəbəkəsinin əməkdaşları gecə saatlarında güclü külək nəticəsində enerjisiz qalmış bir sıra ərazilərdə təmir-bərpa işlərinə başlayıb.
“Goranboy” Elektrik Şəbəkəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, bu gün günorta saatlarına qədər bir sıra kəndlərə elektirik verilişi bərpa edilib.
Sahə ustası Akif Hüseynov bildirib ki, artıq rayonun Zeynallı, Nərimanlı, Məşədiqaralar, Balakürd, Boluslu, Qızılhacılı, Yeni yol və Safıkürd kəndlərinə elektrik enerjisindəki fasilə aradan qaldırılıb.
Qeyd edək ki, ötən gecə qəfildən başlayan güclü külək səbəbindən rayonda 10-a yaxın kənd isıqsız qalıb. Külək Məşədiqaralar, Eyvazlılar, Boluslu, Qızılhacılı, Qərvənd, Aşağı Ballıqaya kəndlərinə verilən elektrik enerjisinin kəsilməsinə səbəb olub.


