Goranboydakı qəzada piyada və sürücü ölüb
- 15 iyul, 2025
- 00:38
Goranboyda baş verən yol qəzasında ölənlərin adları açıqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ölən piyada 1964-cü il təvəllüdlü Əsgərov Gəncəli Əsgər oğludur. Hadisəni törətməkdə şübhəli bilinən və qəzadan sonra infarkt keçirərək vəfat edən sürücü isə 1965-ci il təvəllüdlü Sadıqov Qəzənfər Musa oğludur.
Faktla bağlı araşdırma aparılır.
23:34
Goranboyda piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Əlavə edək ki, hadisəni törətməkdə şübhəli bilinən sürücü də dünyasını dəyişib. Onun infarkt keçirdiyi ehtimal edilir.
Hər iki şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.