Goranboyda yük avtomobilinin vurduğu piyada ölüb

Hadisə
  • 30 oktyabr, 2021
  • 18:11
Goranboyda yük avtomobilinin vurduğu piyada ölüb

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində "Mercedes" markalı yük avtomobilinin vurduğu piyada dünyasını dəyişib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1983-cü il təvəllüdlü R.Mirzəyev Gəncə şəhərindəki xəstəxanaların birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

21:09

Goranboy rayonundan piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Rayonun Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rüfət Mirzəyev yolu qarşı tərəfə keçmək istəyərkən "Mercedes" markalı yük maşını onu vurub.

Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi