Goranboy. 13 dekabr. REPORT.AZ/ Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaraqucaq kəndi ərazisində Elçin Maşallah oğlu Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - sürücünün qardaşı Tural Maşallah oğlu Əsgərov və Kamil Elman oğlu Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ölüb.
***8:53
Goranboy. 13 dekabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraqucaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobilin "Shacman" markalı yük maşını ilə toqquşması ilə baş verən ağır qəzada 3 nəfərin öldüyü bildirlir.
Faktla bağlı araşdırma aparılır.

