Goranboyda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub

Goranboyda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 noyabr 2021 13:00
Goranboyda  yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub
0 : 00
0 : 00

Goranboyda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xəsarət alanlar:

Gəncə şəhər sakinləri;

1994-cü il təvəllüdlü Sərxan Elşən oğlu Məmmədov,

1997-ci il təvəllüdlü Cəmil Müzadil oğlu İmamverdiyev,

Goranboy rayon sakinləri;

1977-ci il təvəllüdlü Səfər Hökümalı oğlu İsmayılov,

1978-ci il təvəllüdlü Səkinəbanu Qurban qızı İsmayılova,

2007-ci il təvəllüdlü Günel Səfər qızı İsmayılova.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Goranboy rayon sakinləri bir ailənin üzvləridir.

15:54

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Safıkürd kəndi ərasində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan 2 "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. Xəsarət alanlar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orphus sistemi