Goranboyda yol qəzası zamanı ölən və xəsarət alanın adı məlum olub - YENİLƏNİB - FOTO

Goranboyda yol qəzası zamanı ölən və xəsarət alanın adı məlum olub - YENİLƏNİB - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Oktyabr , 2017 11:16
Goranboyda yol qəzası zamanı ölən və xəsarət alanın adı məlum olub - YENİLƏNİB - FOTO
Report

Goranboy. 30 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Xanqərvənd yolunda "KamAz" markalı yük maşını 1978-ci il təvəllüdlü, Vüqar Valiyəddin oğlu Xəlifəyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün arvadı, 1989-cu il təvəllüdlü Mənzər Əfqan qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü V.Xəlifəyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 


***08:40

Goranboy. 30 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndi ərazisində baş verib.

Belə ki, "KamAz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomoil toqquşub. Nəticədə avtomobildə olan qadın sərnişin, ölüb, sürcü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər

Orphus sistemi