Goranboyda yol qəzası olub, ölən var

Goranboyda yol qəzası olub, ölən var Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
26 Sentyabr , 2020 16:31
Goranboyda yol qəzası olub, ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Moskviç" markalı minik avtomobili "KamAZ" markalı yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1961-ci il təvəllüdlü Fariz Cəmil oğlu Nəbiyev hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi