Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb - YENİLƏNİB

Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb - YENİLƏNİB Dünyasını dəyişən şəxs qadındır
Hadisə
24 Sentyabr , 2017 18:28
Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb - YENİLƏNİB
Foto: Report.az

Goranboy. 24 sentyabr. REPORT.AZ/ Goranboyda baş verən yol qəzası nəticəsində 1 nəfər dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza zamanı yaralanan "VAZ-21099" markalı avtomobilin sərnişini, 1953-cü il təvəllüdlü Şəfiqə Alı qızı Qasımova təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Yaralananlar ölən qadının həyat yoldaşı, gəlini və nəvəsidir. Onlar xəstəxanaya yerləşdiriliblər.


***17:39

Goranboy. 24 sentyabr. REPORT.AZ/ Goranboyun Dəliməmmədli şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, "VAZ-21099" markalı avtomobil ilə hazırda markası məlum olmayan digər bir maşının toqquşmsı nəticəsində bir neçə nəfər yaralanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi