Goranboy. 8 aprel. REPORT.AZ/ Gecə saatlarında Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeni ailə quran cütlüyün mənzili qarət olunub.
"Report"un Qərb bürosu xəbər verir ki, qəsəbə sakini Şahnaz Abbasovanın 10 gün əvvəl ailə quran oğlunun yaşadığı evə girən şəxs və ya şəxslər mənzildən qızıl-zinət əşyaları aparıblar.
Ş.Abbasova hadisənin ər və arvad evdə olmadığı zaman baş verdiyini bildirib. Həyətə daxil olan oğrular mənzilin kilidini qıraraq içəri daxil olublar.
Faktla bağlı araşdırmalara başlanıb.

