Goranboyda yas mərasiminə gedən ailənin yaşadığı ev qarət olunub - FOTO
Hadisə
- 18 noyabr, 2016
- 16:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboy. 18 noyabr. REPORT.AZ/ Goranboy rayonunda fərdi yaşayış evindən oğurluq olub.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xoylu kəndində, Sənan Allahverdiyevə məxsus evdə qeydə alınıb.
Belə ki, ailə üzvləri yaxın qohumlarının yas mərasimində olarkən qonşular Allahverdiyevlərin yaşadığı evin pəncərəsini açıq görüb və bu barədə ev sahibinə məlumat veriblər. Onlar yas mərasimindən qayıdarkən evin qarət olunduğunu görüblər.
Zərərçəkənin qardaşı Hüseyn Allahverdiyev "Report"a bildirib ki, oğrular evə çöl pəncərədən girib, sandıqda olan qızıl-zinət əşyalarını və müəyyən miqdarda pulu götürüblər.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
10:53
Azərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes
10:50
Dövlətxan Dövlətxanov: "Şəhərsalma layihələrimizi beynəlxalq ictimaiyyət diqqətlə izləyir"
İnfrastruktur
10:49
İlham Əliyev: Murovdağ tuneli dünyada dağlıq şəraitdə həyata keçirilən işlərin mühəndislik nümunəsinə çevrilib
İnfrastruktur
10:48
Azərbaycanda ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib
Maliyyə
10:47
Nazir: "Energetika sektorunda rəqabət mühitinin inkişafı üçün islahatlar aparılıb"
Energetika
10:46
Laos Azərbaycanla birgə İşgüzar Şuranın yaradılması təşəbbüsü ilə çıxış edib
Biznes
10:45
Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır
Biznes
10:44
Laos Azərbaycan biznesini güzəştli şərtlərlə öz xüsusi iqtisadi zonalarına dəvət edir
Biznes
10:44
Azərbaycanda rəqabət siyasətinin yeni mərhələsinin əsas hədəfləri açıqlanıb
Biznes