Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub.
"Report" xəbər verir ki, Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Veyisli kəndində başvermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 ay yarımlıq körpə göstərilən tibbi yardımlara baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.