Goranboyda yanğın olub, xəsarət alan var - YENİLƏNİB

Goranboyda yanğın olub, xəsarət alan var - YENİLƏNİB Goranboy rayonunun Borsunlu kəndi ərazisində 4 otaqlı evdə baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
Hadisə
28 Yanvar , 2020 11:33
Goranboyda yanğın olub, xəsarət alan var - YENİLƏNİB

Goranboy rayonunun Borsunlu kəndi ərazisində 4 otaqlı evdə baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanğın nəticəsində ev sahibinin qohumu olan, 1976-cı il təvəllüdlü Yaşar Sahib oğlu Ələkbərov yanğını söndürmək istəyən zaman əl və üzündən yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yanğın elektrik naqilində yaranmış qısaqapanma səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


*** 08:50

Goranboyda yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. 

Kənddə ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi