Goranboyda yanğın baş verib, 4 nəfər tüstüdən zəhərlənib

Goranboyda yanğın baş verib, 4 nəfər tüstüdən zəhərlənib Goranboy rayonunda vətəndaşa məxsus təsərrüfatda baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Hadisə
25 İyun , 2021 01:37
Goranboyda yanğın baş verib, 4 nəfər tüstüdən zəhərlənib

Goranboy rayonunda vətəndaşa məxsus təsərrüfatda baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon Səfikürd kənd ərazisində vətəndaşa məxsus ot tayasında yanğın olub. Yanğını söndürməyə qonşular da köməyə gəlib. Nəticədə yanğını söndürmək istəyən, 1997-ci il təvəllüdlü Fərrux Çingiz oğlu Aslanov, 1994-cü il təvəllüdlü Elməddin Saməddin oğlu İsmayılov, 1997-ci il təvəllüdlü Füzuli Ferruz oğlu Hüseynov1990-cı il təvəllüdlü Sənan Nüsrət oğlu Qasımov tüstüdən zəhərləniblər.

Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi