Goranboyda toyda qonağı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Goranboyda toyda qonağı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə
2 Avqust , 2021 12:07
Goranboyda toyda qonağı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Goranboy rayon Todan kənd ərazisində keçirilən toy mərasimində qonağa bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində keçirilən toy mərasimi zamanı düşən mübahisə zəminində, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğluna kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs, Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, xəsarət alan xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 Avqust 17:13

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu mərasimdə baş verən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi