Goranboyda tövlə yanıb, mal-qara tələf olub

Goranboyda tövlə yanıb, mal-qara tələf olub Goranboy rayonu, Kəhrizli kəndində yanğın hadisəsi qeydə alınıb.
Hadisə
9 Aprel , 2024 18:04
Goranboyda tövlə yanıb, mal-qara tələf olub

Goranboy rayonu, Kəhrizli kəndində yanğın hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü Y.Rəhimova məxsus ümumi sahəsi 40 kvadratmetr olan, tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kvadratmetr sahəsi yanıb.

Hadisə zamanı 4 baş iribuynuzlu heyvan tüstüdən zəhərlənərək tələf olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülərək tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi