​Goranboyda sərnişin mikroavtobusu qəzaya düşüb, sürücü və sərnişinlər xəsarət alıb - FOTO

​Goranboyda sərnişin mikroavtobusu qəzaya düşüb, sürücü və sərnişinlər xəsarət alıb - FOTO Hadisəyə səbəb mikroavtobusun arxa təkərinin partlaması olub
Hadisə
119
25 May , 2016 14:00
​Goranboyda sərnişin mikroavtobusu qəzaya düşüb, sürücü və sərnişinlər xəsarət alıb - FOTO

Goranboy. 25 may. REPORT.AZ/ Goranboy rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb. "Report"un Qərb bürosunun müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 340-cı kilometrliyində qeydə alınıb. 

Belə ki, Aqil Qəzməliyev idarə etdiyi "Ford" markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və dəmir arakəsmələrə çırpılıb. Hadisə zamanı sürcü və mikroavtobusda olan iki nəfər sərnişin xəsarət alıb. 

Qeyd edək ki, sərnişin mikroavtobusuna çiyələk və gilas yüklənərək Bakıya satış məqsədi üçün gətirilirmiş. Hadisəyə səbəb mikroavtobusun arxa təkərinin partlaması olub.

Son xəbərlər

Orphus sistemi