Goranboyda sel suları fəsadlar törədib, zərər hesablanır

Goranboyda sel suları fəsadlar törədib, zərər hesablanır Goranboy rayonunun Börü, Gürzallar kəndlərində, Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində dağlardan axıb gələn sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Hadisə
29 Avqust , 2023 21:42
Goranboyda sel suları fəsadlar törədib, zərər hesablanır

Goranboy rayonunun Börü, Gürzallar kəndlərində, Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində dağlardan axıb gələn sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

"Report"un Qərb bürosunun məlumatına görə, leysan yağışlardan sonra Aşağı Ağcakənd qəsəbəsində və yaxın kəndlərdə sel, yağış suları həyətyanı sahələrə, evlərin zirzəmilərinə dolub, əkin sahələrinə zərər dəyib. Sel suları həyətlərdəki su nasoslarını sıradan çıxarıb, bəzi evlərin qapı və divarlarına zərər yetirib.

Goranboy Rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna bildirilib ki, selin yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Komissiyasının üzvləri həmin yaşayış məntəqələrində olublar, dəymiş ziyanın miqdarının hesablanmasına başlanılıb.

Qeyd edək ki, güclü yağışlardan sonra hazırda Goranboy rayonu ərazisindən axan Gorançay və Qaraçay çaylarında bolsululuq müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi