Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
- 26 avqust, 2026
- 01:03
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva, İsrail) klubunu mübarizədən kənarlaşdıran "Sabah" əla mübarizə aparıb.
"Report" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında paytaxt təmsilçisinin özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev deyib.
O, komandanın göstərdiyi əzmkarlıqdan məmnunluğunu ifadə edib:
"Uşaqlarla fəxr edirəm. Azərbaycan futbolunun inkişaf etdiyini görürük. Azarkeşlərimizə də təşəkkür edirəm. Liqa mərhələsində rəqibin bizim üçün fərqi yoxdur. Öz oyunumuzu oynayacağıq və qarşılaşmalara hazırlaşacağıq".
Qeyd edək ki, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu pley-offda "Hapoel"i iki oyunun nəticəsinə görə (1:2, 5:2) mübarizədən kənarlaşdırıb.