Goranboyda şəhid ailəsinin evindən oğurluq edilib - FOTO

Goranboyda şəhid ailəsinin evindən oğurluq edilib - FOTO Ailəyə məxsus həyətdən bir buğa oğurlanıb
Hadisə
24 Dekabr , 2016 01:03
Goranboyda şəhid ailəsinin evindən oğurluq edilib - FOTO

Goranboy. 24 dekabr. REPORT.AZ/ Goranboy rayonunun Səfikürd kəndində şəhid ailəsinin evindən oğurluq edilib.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə gecə saatlarında ev sahibəsi İlhamə Səfərovanın təsərrüfatında baş verib.

Belə ki, oğrular ailəyə məxsus tövlədən diri çəkisi 250 kq. olan buğa oğurlayıblar. Tövlənin yaxınlığında itlər olsa da, bu, onların işinə mane olmayıb.

Zərərçəkənin sözlərinə görə, heyvan təqribən bir km. aparıldıqdan sonra kəndin çıxışında maşına qoyulub.

Goranboy rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Oğurluq baş verən ev sahibinin həyat yoldaşı Qarbağ döyüşlərində şəhid olub.

Son xəbərlər

Orphus sistemi