Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb Goranboy rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
6 Aprel , 2019 14:19
Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Goranboy rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Dəliməmmədli şəhər sakini ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini, 33 yaşlı Samir Kərimov olduğu müəyyən edilib.

Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qadın üzüyü oğurladığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi