Goranboy rayonunda yerli sakin öldürülüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1966-cı il təvəllüdlü Fərrux Qasımov qəsdən “Niva” markalı avtomobillə vurularaq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayonunun Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Əmraslan Nağıyev saxlanılıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar.