Goranboyda qatı duman nəqliyyatın işini çətinləşdirib - FOTO

Goranboyda qatı duman nəqliyyatın işini çətinləşdirib - FOTO Bəzi sürücülər maşını yol kənarına çəkərək gözləmək məcburiyyətində qalıb
Hadisə
12 Dekabr , 2017 01:40
Goranboyda qatı duman nəqliyyatın işini çətinləşdirib - FOTO
Report

Goranboy. 12 dekabr. REPORT.AZ/ Goranboyda qatı duman avtomobil yollarında çətinliklərə səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarından etibarən Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində əmələ gələn qatı duman avtomobillərin hərəkətində qismən problemlər yaradıb.

Havanın qəfil dəyişməsi ərazidə hərəkət edən avtomobil sahiblərini sürəti azaltmağa və bəzilərini isə maşını yol kənarında saxlayaraq gözləməyə vadar edib. Sürücülər uzaq vuran işıqlardan istifadə etmək məcburiyyətində qalıblar ki, bu da gediş-gəliş üçün əlavə problemlər yaradıb. Ərazidə olan sürücülərin bildirdiyinə görə, qatı duman yüngül qəzalara da gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi