Goranboyda bacısına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb- YENİLƏNİB

Hadisə
  • 31 may, 2025
  • 09:21
Goranboyda bacısına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb- YENİLƏNİB

Goranboyda bacısına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

08:07

Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfovdur.

Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti