Goranboyda qadını avtomobil vuraraq öldürüb

Goranboyda qadını avtomobil vuraraq öldürüb Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
12 Yanvar , 2022 17:14
Goranboyda qadını avtomobil vuraraq öldürüb
0 : 00
0 : 00

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurub.

Ağır xəsarətlər alan piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi