Goranboy rayonunda ər ehtiyatsızlıqdan tir tüfəngi ilə arvadına xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, araşdırmalar zamanı N.Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onun həyat yoldaşı olduğu müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, hadisəni törətməkdə ilk olaraq qadının qayınanası şübhəli bilinib. O, hadisəni ehtiyatsızlıqdan törətdiyinə dair yalan ifadə verib.
Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü N.Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə onun qayınanası, 1968-ci il təvəllüdlü G.Xudaverdiyeva şübhəli bilinir.
Atəşin ehtiyatsızlıqdan açıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.