Goranboyda piyadanı maşın vuraraq öldürüb

Goranboyda piyadanı maşın vuraraq öldürüb Hadisə rayonun Borsunlu kəndində baş verib
Hadisə
25 Oktyabr , 2017 22:17
Goranboyda piyadanı maşın vuraraq öldürüb
Report

Goranboy. 25 oktyabr. REPORT.AZ/ Goranboyda 16 yaşlı piyadanı maşın vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçmək istəyən zaman "Mercedes-Bens" markalı avtomobil tərəfindən vurulub. Piyada sürücü tərəfindən Gəncə şəhərindəki Abbas Səhət adına 1 saylı xəstəxanaya aparılsa da, həkimlər onun artıq öldüyünü müəyyən ediblər.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi