Goranboyda "Opel" dərəyə aşıb, sürücü ölüb

Goranboyda "Opel" dərəyə aşıb, sürücü ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Fevral , 2017 21:34
Goranboyda Opel dərəyə aşıb, sürücü ölüb

Goranboy. 7 fevral. REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, qəza rayonun Ağcakənd yolunun Tatarlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Goranboy rayon sakini, 32 yaşlı Mahir Mirzəyevin idarə etdiyi "Opel" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə zərbənin gücündən sürücü avtomobildən bir neçə metr kənara düşərək dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi