Yuxarı
    Bağlamaq

    Goranboyda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib

    Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

    Bakı. 7 noyabr. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

    "Report"un məlumatına görə, Yevlax rayon sakini Emil Məmmədov idarə etdiyi "Mercedes" markaklı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşıda hərəkətdə olan Goranboy rayon sakini Camal Hacıyevin idarə etdiyi  "VAZ-21063" markalı avtomobillə toqquşub. Daha sonra zərbənin gücündən yolun hərəkət hissəsindən çıxan "Mercedes" markalı avtomobil əks tərəfdə hərəkətdə olan, Bərdə rayon sakini Telman Hüseynovun idarə etdiyi traktora çırpılıb. 

    Nəticədə "Mercedes"-in sürücüsü E.Məmmədov hadisə yerində ölüb.

    Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi