Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Avqust , 2016 12:32
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 30 avqust. REPORT.AZ/ Goranboy rayonunun Dəliməmmədli şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, rayon sakini Pünhan Məsiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə “VAZ-2106”-nın sürücüsü P.Məsiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və onun sərnişini Süleyman Əliyev hadisə yerində ölüb. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi