Goranboyda minik maşını yük avtomobili ilə toqquşub

Goranboyda minik maşını yük avtomobili ilə toqquşub Qəza zamanı iki nəfər xəsarət alıb
Hadisə
13 Avqust , 2018 21:47
Goranboyda minik maşını yük avtomobili ilə toqquşub

Goranboy. 13 avqust. REPORT.AZ/ Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, Veyisli kəndi ərazisində hərəkətdə olan “Ford” markalı yük avtomobili “VAZ-2106” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı rayonun Veyisli kəndindən olan iki nəfər - 1995-ci il təvəllüdlü Alıyev Seymur Fazil oğlu və 1992-ci il təvəllüdlü Şahhüseynov Şahhüseyn Əhliman oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi