Goranboyda şirin pambıqdan zəhərləndiyi ehtimal olunan şagirdlər evə buraxılıb - YENİLƏNİB

Hadisə
  • 14 mart, 2025
  • 14:05
Goranboyda şirin pambıqdan zəhərləndiyi ehtimal olunan şagirdlər evə buraxılıb - YENİLƏNİB

Bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. 

Qeyd olunub ki, pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

12.22

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbinin üçüncü sinif şagirdləri, 2016-cı il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti