Goranboy. 23 dekabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralıların sayı artıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayılov Famil İldırım oğlunun idarə etdiyi "Lifan" markalı avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Bunlar onun 1970-ci il təvəllüdlü qardaşı İsmayılov Elburus İldırım oğlu, 1965-ci il təvəllüdlü İsmayılova Xurmayə Maşallah qızı, 2004-cü il təvəllüdlü İsmayılov Vüqar Elburus oğlu və İsmayılov Ramiz Famil oğludur. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.
Daha əvvəl yaralıların 3 nəfər olduğu məlum idi.
***19:38
Goranboy. 23 dekabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, "NazLifan" markalı avtomobilin qarşıda gedən traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər - İsmayılov Elburus İldırım oğlu, İsmayılova Xurmayə Maşallah qızı və Vüqar İsmayılov xəsarət alıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Biləsuvarda yol qəzasında iki qadın xəsarət alıb.