Goranboyda kütləvi dava baş verib: xəsarət alan var - ƏLAVƏ OLUNUB

Goranboyda kütləvi dava baş verib: xəsarət alan var - ƏLAVƏ OLUNUB Cəfərov Rafayıl Vidadi oğlu baş nahiyəsindən ağır zərbə alıb
Hadisə
296
28 Yanvar , 2017 22:51
Goranboyda kütləvi dava baş verib: xəsarət alan var - ƏLAVƏ OLUNUB

Goranboy. 28 yanvar. REPORT.AZ/ Goranboy rayonunda kütləvi dava olub.

"Report"un qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Sarov kəndində qeydə alınıb.

Belə ki, hələlik bilinməyən səbəbdən bir qrup şəxs arasında dava düşüb. Bu zaman Sarov kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Rafayıl Vidadi oğlu baş nahiyəsindən ağır zərbə alıb. O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Yaralıya tibbi yardım göstərən həkimlər onun burnunun sındığını müəyyən ediblər. R.Cəfərov ilkin yardımdan sonra Gəncədəki özəl xəstəxanaların birinə köçürülüb.

Yaralının vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi