Goranboyda kişi gəlininin evinin önünə qumbara atıb, xəsarət alan var
Hadisə
- 16 fevral, 2025
- 14:29
Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.
Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
13:37
NYT: Donbassdakı güzəştlər Rusiyanı dayandırmayacaq
Digər ölkələr13:21
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya13:00
Fransa klubunun futbolçusu "Yuventus"a keçir
Futbol12:57
Video
Antalyada sərnişin avtobusu dərəyə aşıb, səkkiz nəfər ölüb, 26-sı yaralanıb
Region12:39
Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb
Digər ölkələr12:20
Rəfah keçid məntəqəsi açılıb
Digər ölkələr12:11
Külək güclənəcək, bəzi yerlərdə qar yağacaq - PROQNOZ
Ekologiya12:01
İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib
Region12:01