Goranboyda keçirilmiş ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb - FOTO

Goranboyda keçirilmiş ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb - FOTO Sürücülər barəsində 40-dan çox inzibati protokol yazılıb
Hadisə
7 Avqust , 2017 01:47
Goranboyda keçirilmiş ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb - FOTO
"Report"

Goranboy. 7 avqust. REPORT.AZ/ Goranboyda atmosferi dəm qazı ilə normadan artıq zəhərləyən avtomobillərə qarşı eko reyd keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, yol patrul xidmətinin, 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşlarının Goranboy rayon ərazisində keçirdiyi reyd zamanı havaya buraxılan zəhərli qazların miqdarı normadan çox olan avtomobillərin sürücülərlə yanaşı, sərnişinləri ayaq üstdə daşıyan mikroavtobus və avtobusların sürücüləri də aşkarlanıb və onlar cərimələnib.

Dörd saatlıq reyd zamanı ümumilikdə 80-dən çox avtomobil saxlanılıb, sürücülər barəsində 40-dan çox inzibati protokol yazılıb. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları isə normadan çox yük və sərnişin daşıyan mikroavtobusun sürücülərini cərmələyib. Qeyd edək ki, cərmələrlə razılaşmayan bəzi sürücülərlə yoxlamalar aparan aidiyyəti qurum əməkdaşları arasında mübahisələr də yaşanıb.

Rayon ərazisində bu cür reydlər davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi