Goranboyda karantini pozan şəxslər həbs edildi

Goranboyda karantini pozan şəxslər həbs edildi Goranboyda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir. Bu barədə "Report"un Qərb mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib. Bildirilibki, xüsusi karantin rejiminin təl
Hadisə
2832
22 İyul , 2020 15:58
Goranboyda karantini pozan şəxslər həbs edildi

Goranboy rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə SMS icazədən, tibbi maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı iyul ayının 4-dən tətbiq edilən sərt karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 138 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 6 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Son xəbərlər

Orphus sistemi