Goranboyda karantini pozan kafe aşkarlandı

Goranboyda karantini pozan kafe aşkarlandı Goranboyda karantin rejimini pozan kafe aşkar edilib.
Hadisə
15 Aprel , 2020 16:15
Goranboyda karantini pozan kafe aşkarlandı

Goranboyda karantin rejimini pozan kafe aşkar edilib.

Bu barədə "Report"un Qərb mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə bağlı inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. 

Obyektin sahibi Elçin Rzayevlə yanaşı, onun müştəriləri - Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi