Goranboyda it 3 yaşlı körpəyə xəsarət yetirib

Hadisə
  • 30 avqust, 2021
  • 01:37
Goranboyda it 3 yaşlı körpəyə xəsarət yetirib

Goranboy rayonunda 3 yaşlı körpə itin hücumuna məruz qalıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nizami kəndində baş verib. İt 2018-ci il təvəllüdlü N.Fərəcovaya hücüm edərək, onu dişləyib.

Azyaşlı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.