Goranboyda güclü külək fəsadlar törədib

Hadisə
  • 26 mart, 2024
  • 14:11
Goranboyda güclü külək fəsadlar törədib

Goranboy rayonunda günün ikinci yarısından başlayaraq əsən güclü külək bəzi fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.