Yuxarı

Goranboyda çilingər təmir zamanı maşının altında qalaraq ölüb

Kustar üsulla hazırlanmış daşların üzərinə qaldırılan maşın ustanın üstünə düşüb

Goranboy. 27 avqust. REPORT.AZ/ Goranboy rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Dəliməmmədli şəhəridə avtomobil təmiri sexlərinin birində çilingər işləyən Ramiz Həsənov maşın təmir edərkən, ehtiyatsızlıqdan nəqliyyat vasitəsinin altında qalaraq dünyasını dəyişib.

İlkin ehtimala görə, mərhum təmirə dayandırılan maşını kustar üsulla hazırlanan daşların üzərinə çıxardaraq iş görmək istəyib. Bu zaman avtomobil daşların üzərindən 48 yaşlı ustanın üzərinə düşüb. Meyit aidiyyəti qurumlarda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi