Yuxarı
    Bağlamaq

    Goranboyda canavar sürüsü kəndə hücum edib - FOTO

    Kənd sakinləri canavarların insanlara hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər

    Goranboy. 25 noyabr. REPORT.AZ/ Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib. 

    "Report"un məlumatına görə, hadisə gecə saatlarında Məşədiqaralar kənd sakini Abuzər Hüseynova məxsus təsərrüfatda baş verib.

    Belə ki, yırtıcılar bir uzunqulağı parçalayıb və bir atı isə yaraılıyıb. Qonşuları köməyə çağıran ev sahibi yaxınlıqda olan atı yırtıcılardan xilas edib.

    A.Hüseynov bildirib ki, son günlər həm otlaq sahələrinə həm də həyətlərə yırtıcılar tez-tez hücüm edir. Onun sözlərinə görə, son 3 ayda canvarlar üç ulaq və bir neçə xırdabuynuzlu heyvanını parçalayıb. 

    Kənd sakinləri canavarların insanlara hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi