Goranboy rayonunda orta yaşlı kişi bıçaq xəsarəti alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Goranboy şəhərində qeydə alınıb. Bıçaq xəsarəti alan orta yaşlı kişi, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Bıçaqlanan şəxsin 1956-cı il təvəllüdlü Rasim Ağa oğlu Əkbərov olduğu deyilir.
Rasim Əkbərovu bıçaqlamaqda şübhəli bilinən Xaliq Məmmədov saxlanılıb. Saxlanılan ifadəsində bildirib ki, Rasim Əkbərovu yaxını olan bir qıza söz atdığı üçün bıçaqlayıb.
Qeyd edək ki, 5-6 bıçaq xəsarəti alan Rasim Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri və Azərbaycanın Milli Qəhrəmanı olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub.