Goranboy. 24 iyun. REPORT.AZ/ Goranboyun Dəliməmmədli kəndində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, yolu keçmək istəyən Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Aqil Hümbətovu avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.