Goranboyda avtomobil piyadanı vurub

Hadisə
  • 12 dekabr, 2021
  • 16:19
Goranboyda avtomobil piyadanı vurub

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Zeyvə kəndində qeydə alınıb.

Minik avtomobili 1979-cu il təvəllüdlü Pərviz Əjdər oğlu İbrahimovu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.