Goranboyda avtomobil mağazaya çırpılıb, xəsarət alan var

Goranboyda avtomobil mağazaya çırpılıb, xəsarət alan var Goranboy. 31 avqust. REPORT.AZ/ Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
31 Avqust , 2018 22:20
Goranboyda avtomobil mağazaya çırpılıb, xəsarət alan var

Goranboy. 31 avqust. REPORT.AZ/ Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "VAZ-21015" markalı avtomobil mağazaya çırpılıb. Qəza zamanı mağazada olan Nail Sabir oğlu Əliyev xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi