Goranboyda avtomobil aşıb, sürücü ölüb

Hadisə
  • 01 may, 2022
  • 02:58
Goranboyda avtomobil aşıb, sürücü ölüb

Goranboyda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, sürücü - 1994-cü il təvəllüdlü İ.Abbasov ağır xəsarətlər alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılsa da artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.